Kseniya Sobçak: “Krım Ukraynaya aiddir!”

"Rusiya və Ukrayna üçün indi əsas məsələ dostluğu bərpa etməkdir. Nəyin bahasına olursa olsun!", - bu sözləri mətbuat konfransında Kseniya Sobçak deyib.
Prezidentliyə namizəd olacaq Kseniya Sobçak mətbuat konfransında həmçinin Krımın Ukraynaya aid olduğunu da dilə gətirib.
"Beynəlxalq hüquqa əsasən Krım Ukraynaya aiddir. Rusiya “1994-cü il Budapeşt memorandumu”nu pozdu", - deyə teleaparıcı gözlənilmədən hamını təəccübləndirib.
Xatırladaq ki, Kseniya Sobçak 18 oktyabrda qarşıdakı prezident seçkisində iştirak etmək üçün öz namizədliyini irəli sürdüyünü elan etmişdi.