Kərzai: “Putinin ABŞ-la bağlı dedikləri doğru çıxdı”

ABŞ-ın Əfqanıstan strategiyası uğursuzdur.
Muxalifət.az 
xəbər verir ki, bunu “Sputnik” agentliyinə müsahibəsində Əfqanıstanın eks-prezidenti Həmid Kərzai söyləyib. Onun sözlərinə görə, Rusiyanın Əfqanıstanda hərbi əməliyyat keçirməsinə ehtiyac yoxdur:
“2001-ci ildə ABŞ-ın Əfqanıstana gəlməsiylə buraya sülh gələcəyini fikirləşirdik. Başlanğıcda belə oldu. Həqiqətən, sülh olmuş, xarici müdaxilə sona çatmışdı. Dövlətin yenidən yaradılmasına başladıq, amma toqquşmalar yenidən başladı. Suriyada bazası olan Rusiya gerçəkləşdirdiyi əməliyyatlarla ölkədəki vəziyyətə ciddi şəkildə təsir etdi. Əfqanıstanda Rusiyanın əməliyyatlarına ehtiyac yoxdur. ABŞ-ın da əməliyyatlarını istəmirik. Əfqanıstan regional rəqabətin mərkəzi olmamalıdır. 2011-ci ildə Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Əfqanıstanda bəyan etdiyi niyyətindən şübhə etməyə başladı. Zaman Rusiyanın haqlı çıxdığını göstərdi. ABŞ Əfqanıstandakı strategiyasının uğursuzluğa düçar olmasını qəbul etməlidir”.