Əkrəm İmamoğlu İstanbulun bələdiyyə sədri oldu

Baxış sayı:
6619

İstanbulun Əyalət Seçki Komissiyası Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğluna İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri vəsiqəsinin təqdim edilməsi barədə qərar qəbul edib.
Bu barədə CHP-nin İstanbul əyalət təşkilatından bildirib.
Ə.İmamoğlu vəsiqənin təqdim olunması çün seçki komissiyasına dəvət olunub. Ona vəsiqə yerli vaxtla saat 16.30-da təqdim ediləcək.
Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib./report