Əkrəm haqlıdır, amma niyə...? – ƏLİSA NİCATIN YAZISI

1970-ci illərin əvvəlləri idi. “8-ci km qəsəbəsi”ndə qardaşımla yaşayırdıq. Qapı qonşumuz erməni idi. Raçik. Öz xalqını sevən, səmimi, xeyirxah bir qonşu idi.
Mənim ağılsız pantürkizm dövrüm idi. Dəli kimi idim.
SSRİ ilə Türkiyənin futbol oyununda SSRİ qalib gəldi. Raçik təbii ki, sevinirdi. Mən hirsimdən və ağılsızlığımdan nə etsəm yaxşıdır...?! O dövrdə məşhur tele-rejissor Nazim Abbas mənə bir rus tablosunun fotoşəklini vermişdi. Tablo 100-150 il qabaq yaşamış məşhur bir rus rəssamının fırçasının məhsulu idi. Orda türk əsgər və yençərlərinin hansısa bir rus monastrında nələr törətdiklərini təsvir etmişdi. Deməli, əsərdə türk əsgərlərinin monastrda yüzlərlə çılpaq qız və qadınları zorlaması təsvir olunurdu.
Mən əlimdə həmin şəkil, Raçikin evində üstünə cumub, az qala onu kişinin gözünə soxdum. O isə qətiyyən buna əhəmiyyət vermədi. Halbuki sadəcə olaraq həmin şəkli kimdə görsəydilər, o dönəmdə azı 10 il iş verib, Sibirə yola salardılar. Və Raçikin yerinə hansı azərbaycanlı olsaydı, dərhal gedib KQB-yə xəbər verər və əvəzində mükafat da alardı.
Bu belə.
Ümumiyyətlə, Əkrəmin vağzal əhvalatı vaxtı çəkilmiş fotoşəklinə baxıram. Bu adamın gözlərində nələr yoxdur...
Əkrəm düz demir. Amma hardasa haqlıdır. Bizdə naqis adamlar və naqisliklər o qədər boldur ki, heç tərpənmək olmur. Bu cəhətdən o haqlıdır. Amma düz demir ki, onu Venetsiyaya və ya Praqaya niyə dəvət edirlər...
Əzizim Əkrəm! Səni əsərlərinin dərinlik və gözəlliklərinə görə, əsərlərindəki ustalıq və sənətkarlığa görə dəvət etmirlər. Səni ona görə çağırırlar ki, Dağlıq Qarabağ Ermənistan-Azərbaycan konflikti məsələsində ermənilərə haqq qazandıran bir yazıçı kimi, dediklərini bayraq etsinlər. Bəlkə də “Daş yuxular”ın italyan və ya çex dilində nəşrinə görə dəvət edirlər. Çünki bilirlər ki, sən ermənilərə haqq qazandıran və daim ermənipərəst mövqedən çıxış edən “həqiqətləri” söyləyən “obyektiv” bir azərbaycanlı yazıçısısan. Səni buna görə dəvət edirlər. Necə ki, bir erməni yazıçısı ilə İsveçə gedib, orda Ermənistan-Azərbaycan konflikti barədə elə çıxış etmişdin ki, özünün etirafına görə səndən sonra erməni yazıçısı daha o barədə danışmağa lüzum görməyib. Bunu sən özün demisən. İndi də buna görə çağırırlar.

Hamı bilir ki, mənim ermənilərdən necə zəhləm gedir. Çünki oğru (xüsusilə mədəniyyət oğrusu), paxıl, xəbis, namərd və rəzil millətdir. Yeganə millətdir ki, başqalarının, yəni əsasən müsəlmanların körpə uşaqlarına da rəhm etmir. Ermənilər belədir. Bəs biz necəyik? Kütbeyin və paxıl. Özü də necə. Qətiyyən utanmayan, yuxarıdan nə istəyirlərsə, bir az pul alıb deməyə hazır olan, kiminsə üzünə durmağa hazır olan bir millət. Hazırda isə qoca Şekspir demişkən,
“Rəzalətlər yetişir şərəf, şöhrət və sana”
Ona görə, bütün bunlara baxmayaraq Əkrəm bəy hardasa bəlkə də haqlıdır.

Əlisa NİCAT