Kərkükdən sonra MOSULDA DA ƏMƏLİYYAT BAŞLADI

 İraqdakı yerli qaynaqlar Mosulda da peşmərgəyə qarşı əməliyyat keçirildiyini bildirib.
 
Müxalifət.az-ın bildirdiyinə görə, Türkiyə mediası İraq ordusunun Kərkükdən sonra Bərzani Pəşmərgələrinə qarşı Mosulda da əməliyyata başladığını xəbər verib.
  Bağdad rəhbərliyi Kərkükün tamamilə nəzarət altına alındığını bildirib. Kərkük Türkmənləri İraq mərkəzi hökumət ordusunun şəhərə girişini ruh yüksəkliyi ilə qarşılayıb.
 
 MOSULDA DA PEŞMƏRGƏYƏ QARŞI ƏMƏLİYYAT
 
 Yerli qaynaqlar Mosulda da peşmərgəyə qarşı əməliyyat başlandığı məlumatını verib.
  IKBY İraq hökumətinin hücuma hazırlıq iddiası ilə hərəkətə keçmişdi. Peşmərgə qüvvələri təhlükəsizlik məqsədilə Hazır bölgəsində, Duhok və Ərbildən Mosula gedən 2 əsas yolu bağlamışdı. Əlavə olaraq minlərlə pəşmərgə döyüşçüləri bölgəyə göndərilmiş, hətta 700 nəfər PKK terrorçuları da müdafiəyə cəlb olunmuşdu.
Müxalifət.az