Kərkükdən neft ixracı yenidən başladı

Baxış sayı:
196

Kərkükdə baş verən böhranlar səbəbiylə bir ildən bəri dayandırılan neft ixracı yenidən başlayıb.
 
“Reuters”-in yerli mənbələrinə əsaslandırdığı xəbərində, Bağdad ilə Şimali İraq Kürd rəhbərliyi arasında gərginlik səbəbindən duran ixracın yenidən başladığı bildirilib.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatları rəhbərliyi, xüsusilə İran sanksiyalarının yenidən dövrəyə girməsi ilə neft tədarükündə yaşanacaq itkiləri tarazlaşdırmaq üçün hər iki rəhbərliyə də aralarındakı münaqişələri aradan qaldırmaları üçün təzyiq edirdi.
Cümə günü başlayan hasilatın gündəlik 50-60 min barrel kimi aşağı sayıla biləcək bir səviyyədə olduğu bildirilib. 2017-ci ilin bəzi aylarında bölgədən çıxarılan neftin gündəlik 300 min barrelə qədər çıxdığı bilinir.
Müxalifət.az