Kərkükdə Türkmən BAŞQANA QARŞI SUİ-QƏSD TÖRƏDİLDİ

Baxış sayı:
1234

Kərkükdə, Səhiyyə Nazirliyinə bağlı Kərkük Planlaşdırma Şöbəsinin müdiri İstibrak Abdullatif,evinde uğradığı sui-qəsddə həyatını itirib.
 
İraqın Kərkük şəhərində, Səhiyyə Nazirliyinə bağlı Kərkük Planlaşdırma Şöbəsinin müdiri İstibrak Əbdüllətif, evində məruz qaldığı sui-qəsd nəticəsində həyatını itirib.
Kərkük Polis İdarəsinin sözçüsüı Afrasyav Kamil, etdiyi açıqlamada, "İraq Səhiyyə Nazirliyinə bağlı Kərkük Planlaşdırma Şöbəsinin müdiri İstibrak Əbdüllətif, evində naməlum şəxslər tərəfindən edilən silahlı hücum nəticəsində həyatını itirib" deyib.
Türkmən başqan İstibrakın atasının da evdə ölü olaraq aşkar edildiyini bildirən Kamil, polisin hadisə ilə bağlı araşdırmasının davam etdiyini qeyd edib.
 
Kərkükdə 8 ayda 21 Türkmənə sui-qəsd
 
Kərkük şəhərində son dövrdə Türkmənlərə qarşı sui-qəsdlər diqqəti çəkir. Hücumların hədəfində siyasətçi və müəllimlər başda olmaqla, Türkmənlər içində fərqli sosial təbəqəyə malik şəxslər yer alır. Kərkükdə 8 ay ərzində 21 Türkmən silahlı hücum nəticəsində həyatını itirib.
Müxalifət.az