Kərkükdə TOQQUŞMA: PKK BƏRZANİYƏ KÖMƏYƏ GƏLDİ

Baxış sayı: 255

İraq ordusu gecə yarısı Kərkükdə hərbi baza və neft quyularını ələ keçirmək üçün əməliyyat başlayıb. Əməliyyatın başlanmasından sonra terror təşkilatı PKK-dan açıqlama gəldi.
 
Müxalifət.az bildirir ki, bu barədə Türkiyə mediası xəbər verib.
İraqda mərkəzi hökümətləə İraq Kürd Regional Rəhbərliyi arasında dırmanan gərginliyin ardından İraq ordusu gecə yarısı Kərkükdə hərbi baza və neft quyularını ələ keçirmək üçün əməliyyat başlayıb.
İraq ordusunun gecə saatlarında Kərkükü peşmərgədən xilas etmək üçün başlatdığı hücumlar əsasən Türkmən rayonları Tazehurmatu və Tuzhurmatu ətrafında baş verib. Yerli qaynaqların bildirdiyinə görə,, ordu hissələri tanklar və ağır silahlarla Təzə rayonuna girməyə hazırlaşır.
Məlumata görə, terror təşkilatı PKK da Kərkükdə dövrəyə girir. Qanlı təşkilat müdafiə xətti yaratmağa başladığını açıqlayıb. Terrorçular peşmərgə ilə birlikdə cəbhədə yer alır.
AFP xəbər agentliyi İraqlı qüvvələrin Kərkük yaxınlığındakı yolları və infrastruktur obyektləri ələ keçirdiyini bildirib.
Reuters xəbər agentliyi ABŞ tərəfindən təlim verilən elit İraq hərbi birləşmələrinin də əməliyyatda iştirak etdiyini bildirir. Cəbhədəki münaqişələri efirə canlı verən dövlət televiziyası, neft sahələrini əhatə edən böyük bir sahənin peşmərgədən geri alındığını bildirib.

Müxalifət.az