Kərkükdə polislərə hücum

İraqın Kərkük şəhərində mərkəzi hökumətə tabe olan terrorla mübarizə qüvvələrinin mövqelərinə silahlı hücum edilib.
Hadisə nəticəsində 1 polis həlak olub, 4-ü isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hücumun kim tərəfindən həyata keçirildiyi təsbit edilməyib. Hadisədən sonra baş verə biləcək bütün hücum ehtimallarının qarşısını alamq üçün müxtəlif nöqtələrdə nəzarət məntəqələri qurulub.