​Kərkükdə KÜÇƏ DÖYÜŞLƏRİ: 3 məhəllə kürdlərin əlinə keçdi – FOTO

Məsud Bərzani işğalından azad edilən Kərkükdə kürdlər ayağa qalxıb.
Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, şəhərin üç məhəlləsində nəzarətin kürdlərin əlinə keçdiyi deyilir.
Bərzani “Rudav” telekanalı vasitəsilə kürdlərin addımlarına dəstək verir. Küçəyə çıxanların PKK-ya dəstək şüarları səsləndirildiyi bildirilir.
Prosesləri müşahidə edənlər Kərkükdə küçə döyüşlərinin başlanması təhlükəsinin olduğunu deyirlər.