Kərkükdə HƏYƏCAN: Bərzani 10 minlərlə Peşmərgəni KƏRKÜKƏ GÖNDƏRDİ

Baxış sayı: 131

Bağdad hökumətindən Kərkükə yönəlik bir hərbi hərəkat bəhanəsiylə Bərzani bölgəyə 10 mini Peşmərgə qüvvələri göndərdi.
 
Müxalifət.az bildirir ki, bu haqda Türkiyə mediası xəbər verib.
Fransız xəbər agentliyi (AFP), Bağdad hökumətindən Kərkükə yönəlik bir hərbi hərəkat ehtimalı səbəbiylə bölgədəki Peşmərgə qüvvələrinin hərəkətə keçdiyini bildirib.
On minlərlə Peşmərgənin də bu səbəblə Kərkükə göndərildiyi qeyd olunub.
 
Peşmərgə qüvvələrinin Kərkükə daşınması təsbit edildi
 
 İraq Kürd Regional Rəhbərliyi (IKBY) Təhlükəsizlik Agentliyi İraq ordusu və Haşdi Şabi milislərinin Kərkükdə hərbi güc topladığını, neft quyuları və hərbi hava limanını nəzarətə götürməyi planlaşdırdığını iddia etdi. Təhlükəsizlik Agentliyi tərəfindən Twitterdə edilən açıqlamada, "İraq ordusu və Haşdi Şabi qüvvələri Kərkükün cənubundakı Bəşir kənd və Tazehurmatu qəsəbəsinə tank, top, Hummer və digər ağır silahlar daşıdığı təsbit edilib" ifadəsinə yer verilib.
 
 ORDU VƏ HAŞDİ Şabinin HƏDƏFİ BİR ÇOX SAHƏNİ NƏZARƏT ALTINA ALMAQ
 
 Açıqlamada İraq ordusu və Haşdi Şabinin şəhərin cənubuna etdiyi hərbi daşımaların səbəbinin, Peşmərgənin nəzarətindəki neft quyuları, havaalanı və hərbi bazaları ələ keçirmək olduğu irəli sürüldü.
Müxalifət.az