Kərkükə XÜSUSİ STATUS VERİLMƏLİDİR

 İraqın mübahisəli şəhəri olan Kərkükdə başlanılan təmizləmə hərəkatı ən çox Türkmən və Ərəb əhalisini sevindirdi. Bölgənin yeni gözləntisi isə Kərkükün İraq Konstitusiyasında "muxtar” statusa yenidən qovuşmasıdır.
 
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, İKBY-nin başçısı Məsud Bərzaninin İŞİD-lə mübarizə adı altında işğal etdiyi Kərkük, terror təşkilatı PKK və Peşmərgədən təmizlənərkən, tarixi şəhərin gələcəyi ilə bağlı müzakirələr də başlanıb. Qədim Türkmən şəhəri olan Kərkükdə problemin İraq Konstitusiyasının həyata keçirilməsi ilə həll olunacağı bildirilir.
 Kərkük İraq Türkləri Dərnəyinin başçısı Mehmet Tütünçü İraq Konstitusiyasına görə, şəhərə 2003-cü ildə sonra gətirilən Kürd köçkünlərin yenidən IKBY bölgəsinə qayıtmasını, yalnız bundan sonra siyahıyaalma aparmaqla referenduma getmək lazım olduğunu söyləyib. Tütünçü, uzunmüddətli həlli üçün şəhərə Bağdad rəhbərliyinə bağlı muxtar Kərkük hökümətinin qurulmasının şərt olduğunu qeyd edib.
 
BƏRZANİ İTİRDİ
 
Tütünçü şəhərin nəzarəti İraq Ordusunda olsa da, yerli PKK-lı qruplarla münaqişələr olduğuna diqqət çəkib. Onun fikrincə, İraq dövləti və Türkiyə prezidenti Ərdoğanın bütün xəbərdarlıqlarına məhəl qoymayan IKBY rəhbərliyi sonda faktiki olaraq işğal etdiyi Kərkükü azad etmək məcburiyyətində qaldı və bu üzdən də itirən tərəf məhz Bərzani oldu. Tütünçü, qeyd edib ki, "IKBY lideri Bərzaninin qurmaq istədiyi Kürdüstanın yaşaması üçün Kərkük həyati əhəmiyyət daşıyır: “Prezident Ərdoğanın dediyi kimi, bu referenduma israr etməklə Bərzani əlindəki imkanlarını da itirdi. Bərzaninin səhvi ucbatından bölgədəki Kürdlər zərər gördü. Hazırda Mosula da İraq Ordusu hakimdir və bundan sonra Peşmərgənin artıq bu bölgədə məskunlaşması mümkün görünmür. Kürdlər İraqdakı qazanclarının bir hissəsini itirəcək kimi görünür. Referendumun əvəzinə danışıqlarla bir anlaşmaya varsaydılar, bunlar baş verməzdi".
 
 KƏRKÜK BOZ SAHƏDƏ
 
 Kərkükdə indi hər kəsin "Bundan sonra nə olacaq" sualına cavab axtardığına diqqət çəkən Tütünçü, İraq Konstitusiyasının cızdığı sərhədlər çərçivəsində Kərkükün Bağdad rəhbərliyinə bağlı muxtar bir bölgə olmasını gözlədiklərini deyib. Tütünçü, sonra bunları deyib: "Biz Türkmənlər olaraq, Kərkükün qədim statusuna qayıtmasının tərəfdarıyıq. İraqın 2003-dəki işğalından sonra Kərkükün köçlərlə “kürdləşdirilmsi” tələb olundu. Kərkükdə 2005-dən sonra da seçki keçirilmədi. Normal halda İraq Konstitusiyasına görə, Kərkük nə Bağdada, nə də Ərbilə bağlı deyil. Burada işğaldan əvvəlki dönəmə qayıdıb, yenidən siyahıyaalma aparmaqla, referendumun keçirilməsi lazımdır. 2003-ə qədər Kərkükün 60 faizi Türkmən, ikinci etnik qrup isə Ərəblər idi. Bizim buna baxmayaraq, "Kərkükü Türkmənlər idarə etsin” deyə bir tələbimiz yoxdur. İraq Konstitusiyasına görə, muxtar bir ərazi olsun və Türkmənlərin, Ərəblərin və Kürdlərin bərabərhüquqlu təmsil olunduğu bir idarəetmə qurulsun".
 
 ŞƏHƏRƏ XÜSUSİ STATUS ŞƏRTDİR
 
 Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyasının sədr müavini Əbdürrəhman Mustafa da Kərkükdəki vəziyyəti dəyərləndirərkən bunları söyləyib: "Kərkük İraq Konstitusiyasına görə, mübahisəli regiondur, statusu bəlli olmayan bölgədir. Bərzani höküməti qeyri-qanuni referenduma Kərkükü də daxil etdi. İndi də Haşdi Şabi hücum edir, biz Türkmənlər üçün nə o, nə də bu, lazım deyil. Kərkükdə xüsusi statusumuz olmalıdır. Bir işğal altından çıxıb, bir başqa işğal altına girmək Türkmənlər üçün faciədir. Kərkükdə Ərəb də var, Türkmən də var və Sünni şəhəridir. Kərkük və Türkmənlərin xüsusi statusunun olması şərtdir".
Müxalifət.az