Kərkük şəhərini “ortaq güc” qoruyacaq

Baxış sayı:
7912

 İraqın Kərkük şəhərində təhlükəsizliyi ordu, yerli polis və Haşdi Şabidən yaranacaq birgə gücün təmin edəcəyi bildirilib.
 
Kərkük əməliyyatlar komandanı general-leytenant Saad Hərbiyə etdiyi mətbuat açıqlamasında, Kərkük üçün yeni təhlükəsizlik planı hazırladıqlarını bildirərək şəhərin qorunmasında ordu və yerli polis qüvvələri ilə bərabər Haşdi Şabinin də yer alacağını (Türkmən Gücü) ifadə edib.
Hərbiyə sözügedən təhlükəsizlik planının yaxın zamanda həyata keçiriləcəyini qeyd edib.
Qeyd edək ki, İraq Kürd Regional Rəhbərliyinə bağlı (IKBY) Peşmerge güclərinin Kərkük və digər mübahisəli ərazilərə yenidən geri dönəcəyi iddia edilmişdi. Sözügedən iddianı Bağdad və Ərbil təsdiq etməmişdi.
Müxalifət.az