​Kərkük qana bulandı – DƏHŞƏTLİ PARTLAYIŞ

İraqın Kərkük şəhərində dəhşətli partlayış baş verib.
Axar.az xəbər verir ki, partlayış nəticəsində 10 nəfər ölüb, ən azı 100 nəfər isə ağır yaralanıb.
Məlumata görə, partlayış Kərkükün Tuzhurmatu rayonunda bazar yaxınlığında partladıcı maddə quraşdırılmış avtomobilin partladılması nəticəsində baş verib.
Partlayışla bağlı məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.