​Kərkük nefti İraqa daşınacaq

Bağdad administrasiyası Kərkük neftinin böyük bir qismini İraqın neftayırma zavodlarına ayırmağı planlaşdırır.
Muxalifet.az xəbər verir ki, buna səbəb İraq Kürd Muxtariyyətindən Türkiyəyə gedən boru xəttinin istifadəsində yaranan anlaşılmazlıq olub.
Məlumata görə, yaxın gələcəkdə günlük 30 min barel neft də İranın Kirmanşah neftayırma zavoduna göndəriləcək.
Rəsmilər bildiriblər ki, Kərkükdəki Hurmala neft sahəsinin İraqa verilməsini Kürd Muxtariyyəti də dəstəkləyib.
Qeyd edək ki, İraq ordusu Kərkükdə və ölkənin şimalında neft sahələrinə nəzarəti ələ keçirdikdən sonra oktyabrdan bəri neft daşınması dayanmışdı.