Kərkük millət vəkili Xədicə Türkmən: "12 ildən sonra İraqda türkcə kitab nəşr olundu"

Baxış sayı:
2293

Iraq Parlamenti Təhsil Komissiyası üzvü və Kərkük millət vəkili Xədicə Əli Türkmən, Təhsil Nazirliyinin türkcə tədris kitablarının nəşrinin tamamlandığını açıqladı.
“Kerkük.Net”in xəbərinə görə, türkcə tədris kitablarının daha əvvəldən Türkməneli Vəqfi, türkmən iş adamlarının təşəbbüsü və yardımı ilə işıq üzü gördüyünü Təhsil Nazirlyiniə bildirən Xədicə Əli Türkmən, türkcə kitab nəşrinin bitdiyini bildirdi.
“Iraqın ən vacib hüquqlarından biri olan, türkmənlərin ana dildə təhsil almaları ən təbii haqqıdır ” deyən, Xədicə Əli Türkmən, “Bundan sonra türkməncə tədris müdirliyinin bütün kitabları Təhsil Nazirliyi tərəfindən nəşr olunacaq” sözlərini ifadə etdi. Xədicə Əli, “Iraqın 5 vilayətində məktəbləri olan türkməncə təhsil müdirliyinin bu tələblərini təhsil nazirliyinə çatdırdıq. Təhsil Nazirliyi də təqdim etdiyimiz bu tələbi nəzərə alıb kitablarımızın nəşrini təsdiqlədi ” dedi.

Digər tərəfdən, Kərkük təhsil müdirliyinin türkmən dili şöbəsinin rəhbəri Kamal Mehmet Abbas da türkmən millət vəkili Xədicə Əli Türkmənin bu səylərinə görə ona təşəkkürünü bildirib.
Muxalifet.az