Kərkük-Ceyhan neft boru kəməri partladıldı

Baxış sayı:
6613

İraq neftini Türkiyəyə ötürən Kərkük-Ceyhan boru kəmərində partlayış baş verib.
Muxalifet.az xəbər verir ki, partlayış 6 ədəd əl istehsalı bombanın ardıcıl partladılması nəticəsində olub. Partlayışdan sonra kəmərdə yanğın başlayıb.
Partlayış Mosulun 70 kilometrliyində yerləşən Əyn Cehş kəndi istiqamətində olub.
Məlumata əsasən, yanğın söndürülüb, hazırda boru kəməri fəaliyyətdə deyil.