​Kərkük addım-addım geri alınır - İŞĞALÇILAR ŞƏHƏRİ TƏRK EDİR

Kərkükün cənubundakı mövqelərdə yerləşən separatçı Peşmərgə qüvvələri cəbhəni tərk ediblər. Hurriyyet.org xəbər verir ki, Ərbil-Kərkük və Süleymaniyyə-Kərkük yolları hökumət qüvvələrinn nəzarətinə keçmək üzrədir.  İraq ordusu atışmalardan sonra türkmənlərin yaşadıqları Tuzhurmatu məntəqəsinə daxil olublar.
Məsud Bərzaninin rəhbərlik elədiyi partiyanınü üzvləri KDP-nin Kərkükdəki qərargahını tərk ediblər.
İraqın baş naziri Heydər əl İbadi Kərkükə yeni vali təyin edib. Rakan Əl Cabbar bu postda şəhərə PKK yaraqlılarını doldurmuş Nəcməddin Kərimi əvəzləyib. Baş nazir televiziya ilə xalqa müraciət edərək, dövlət qüvvələri ilə əlbir olmalarını tövsiyə edib.
Xəbər verdiyimiz kimi,  Kərkükdəki hava limanı da geri qaytarılıb. Ordu qüvvələri böyük nert ərazilərini, neft və qaz şirkətlərini, şəhərin sənaye bölgəsini, K1 və Keyvan hərbi bazalarını geri alıb. Kərkükün cənubundakı mövqelərdə yerləşən peşmərgə qüvvələri cəbhərədn geri çəkildi.