Kritik “İdlib” razılaşması: Sərhədlər Ankarada cızıldı

Baxış sayı:
1102

Türkiyənin Müdafiə Nazirliyindən, Rus heyəti ilə 19-21 sentyabr tarixlərində keçirilən görüşlər nəticəsində, İdlibdə silahlardan təmizlənəcək ərazinin sərhədlərinin müəyyən edildiyi açıqlanıb.
 
Nazirlikdən bildiriblər ki, İdlib Gərginliyi Azaltma Bölgəsindəki vəziyyətin sabitləşdirilməsinə dair, Soçidə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin iştirak etdiyi toplantıdan anlaşma imzalandığı xatırladılıb.
 Anlaşma çərçivəsində tətbiqi əsaslarını müzakirə etmək üçün Rus heyəti ilə 19-21 sentyabr tarixlərində Türkiyə Müdafiə Nazirliyində toplantı keçirdiyi bildirilən açıqlamada, "Toplantıda regionun coğrafi quruluşu və yaşayış sahələrinin xüsusiyyətləri də nəzərə alınaraq İdlibdə silahlardan təmizlənəcək ərazinin sərhədləri müəyyənləşdirilmişdir. Fəaliyyətlər nəzərdə tutulduğu şəkildə davam etdirilir" deyə, qeyd edilib.
Müxalifət.az