Kritik ABŞ-Türkiyə görüşü: MASADA 3 MƏSƏLƏ VAR

Baxış sayı:
3544

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Mayk Pompeonun Sinqapurda sabah ikitərəfli görüşlər keçirməsi gözlənilir.
 
İki nazirin 51-ci ASEAN Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində planlaşdırdığı kimi, sabah Sinqapurda üz-üzə görüşməsi gözlənilir. Xatırladaq ki, Çavuşoğlu və Pompeo, daha əvvəl Suriyadakı proseslər, Fetullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fetullah Gülənin ekstradisiyasına qarşı proses, F-35 döyüş təyyarələrinin Türkiyəyə təhvili, Türkiyədə mühakimə olunmasına davam edilən Amerikalı keşiş Endryu Brunson kimi məsələlərdə son dövrdə tez-tez telefon danışıqları aparıb.
Son olaraq Sinqapurda keçirəcəkləri üz-üzə görüşdən əvvəl ABŞ tərəfinin tələbi ilə dünən yenə telefon danışığı aparan Çavuşoğlu və Pompeonun bu telefon müzakirələriı son 15 gündə 4-cü dəfə baş tutub. Çavuşoğlu və Pompeonun, dünən ABŞ rəhbərliyinin ədliyyə naziri Əbdülhəmid Gül ilə daxili işlər naziri Süleyman Soyluya sanksiya qərarının da sabah Sinqapurda müzakirə olunacağı gözlənilir.
Müxalifət.az