Kriştianu Ronaldu 1 milyard ABŞ dolları qazanacaq

Baxış sayı:
4672

İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu karyerasında 1 milyard ABŞ dolları qazanan ilk futbolçu olacaq.

Bu barədə "Busuness Insider" xəbər verir. 

Məlumata görə, koronavirus pandemiyası ilə əlaqədar karantin üzündən onun əmək haqqının azaldılmasına baxmayaraq, bu il portuqaliyalı hücumçunun gəliri artacaq.

"Yuventus"dakı əmək haqqından əlavə, Ronaldu CR7 kişi geyimi brendi, otellər şəbəkəsi və reklam müqavilələrindən qazanır.

Ümumilikdə isə 35 yaşlı forvard qazancı milyardla ölçülən 3-cü idmançı olacaq. Daha əvvəl bu, qolfçu Tayger Vuds və boksçu Kiçik Floyd Meyvezerə qismət olub. 2020-ci ildə onlara tennisçi Roje Federer də qoşulacaq.