​Kriştiano Ronaldo: “Bu şansı səbrsizliklə gözləyirdim”

“Özümü çox xoşbəxt hiss edirəm. Mən bu şansı 2004-ci ildən səbrsizliklə gözləyirdim. Düşünürəm ki, biz ölkəmizlə birgə bu uğura layiqik. Bu mənim karyeramda ən fantastik məqamlardan biridir”.
Bu sözləri Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo AVRO-2016 final matçını şərh edərkən deyib.
“Daima ölkəmə böyük qələbə bəxş etmək arzusu ilə yaşamışam. Nəhayət, bu an yetişdi. Oyunu vaxtından əvvəl tərk etməyimə çox heyfslənirəm, ancaq mən komandamızla birgə idim və qələbəyə inanmağa davam edirdim”, deyə K.Ronaldo bildirib.
Xatırladaq ki, Fransa-Portuqaliya matçının 25-ci dəqiqəsində zədələnən K.Ronaldo oyunu tərk etməli olub.