Kriminalların “sxodka”sına basqın - 60 AVTORİTET SAXLANILDI

Ukrayna polisi 60 kriminal avtoriteti həbs edib.
Muxalifet.az xəbər verir ki, Ukrayna Milli Polisi xüsusi təyinatlıların da iştirak etdiyi əməliyyatın adı açıqlanmayan restoranda keçirildiyini bildirib. Operativ məlumata görə, burda avtoritetlər Kiyev və digər regionlardakı kriminal vəziyyəti müzakirə edirmiş. Müzakirədə iştirak edən bütün iştirakçılar polis idarəsinə aparılıb.
Saxlanılanların böyük əksəriyyəti əvvəllər bu və ya digər cinayətə görə məsuliyyətə cəlb edilən şəxslərdir. Axtarış zamanı bir neçə silah da ələ keçirilib(axar.az).