KRİMİNAL AVTORİTETİN EVİ SATIŞA ÇIXARILDI: Həmin evdə güllələnmişdi - Video

Baxış sayı:
636

Rusiyanın Yekaterinburq şəhərində vaxtı ilə “Sentrovıye” («Центровые») cinayətkar qruplaşmasının liderlərindən birinə - Mixail Kuçinə məxsus ev satışa çıxarılıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Ura.ru” saytı xəbər verib.
Obyekt haqda məlumat, foto və video daşınmaz əmlak bazası olan “Cian.ru” saytında yerləşdirilib. Üçmərtəbəli tikilinin ümumi sahəsi 311 kv.m təşkil edir. O, Yuqo-Zapadnıy mikrorayonunun Volqoqrad küçəsində yerləşir. Obyektin qiyməti 7,5 milyon rubldur.
Qeyd edək ki, Kuçin məhz bu evdə 1994-cü ildə güllələnib.