​Krımın keçmiş maliyyə naziri yol qəzasında öldü

Baxış sayı:
5449

Krım Dövlət Şurasının sədrinin məsləhətçisi, regionun keçmiş maliyyə naziri Pavel Tokarev avtomobil qəzasında həlak olub.
Muxalifet.az "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Krım Respublikasının Dövlət Şurasının saytında məlumat yayılıb. 
Bildirilib ki, o, 57 yaşında dünyasını dəyişib. Faktla bağlı istintaq başladılıb.
Qeyd edək ki, Tokarev 2006-cı ildən 2010-cu ilə qədər Krımın maliyyə naziri vəzifəsində çalışıb.