"Krımın geri qaytarılması mümkünsüzdür” - ALMAN SİYASƏTÇİ

Baxış sayı:
7372

Krımın statusu məsələsi Qərb ölkələrində müzakirə mövzusundan çıxır. Beynəlxalq ictimaiyyət yeni Rusiya regionunun inteqrasiya prosesinin dönməz olduğunu anlayır.

Bu sözləri alman siyasətçi, Kvakenbrük (Almaniyada şəhər) məclisində sol fraksiyanın rəhbəri Andreas Maurer deyib.

“Ukraynanın hazırki siyasətçilərinin Krımın geri qaytarılması ilə bağlı açıqlamaları Qərbdə artıq ciddi qəbul edilmir. Bunun mümkünsüz olduğunu anlayırlar”, - deyə siyasətçi bildirib.

Maurer əlavə edib ki, Ukrayna hakimiyyəti yenidən Krım məsələsini beynəlxalq gündəliyə çıxarmağa və Kerç olayına bənzər şəkildə Rusiya sərhədlərinə provokasiya yaratmağa çalışır.