​Krımdakı terrorda ölənlərin sayı 20-yə yüksəldi

Baxış sayı:
6559

Krımın Kerç şəhərindəki texnikumda baş verən terror hücumu zamanı ölənlərin sayı 20 nəfərə çatıb.
Bu barədə Rusiyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, həyatını itirənlərdən 15-i tələbə, 5 nəfər texnikumun əməkdaşı olub. Yaralıların sayı isə 50 nəfərə yaxındır. Onlardan 7-nin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, ötən gün Krımın Kerç şəhərindəki texnikumda terror aktı baş verib. Qanlı olay texnikumun tələbəsi Vladislav Roslyakov tərəfindən törədilib.