​Krımda yüksək vəzifəli MƏMUR ÖLDÜRÜLDÜ

Rusiyanın Krım üzrə federal antiinhisar xidmətinin başçısı Timofey Qurayev evində ölü tapılıb.
Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinə Rusiya İstintaq Komitəsinin Krım üzrə idarəsindən bildirilir.
Hadisənin təfərrüatları yaxın vaxtlarda açıqlanacaq.
Daha əvvəl Daxili İşlər Nazirliyinin orqanlarında işləyən 44 yaşlı Qurayev 2014-cü ildən bu vəzifədə idi.