Krımda azərbaycanlıların kütləvi davası: ölən var - VİDEO/16+

Baxış sayı:
6100

Ukraynanın Krım Muxtar Respublikasının Simferopol şəhərində azərbaycanlılar arasında qanlı insident baş verib. Rusiyanın Kirov vilayətində "Azərbaycan" Fondunun prezidenti Elnur Hüseynovun report-a verdiyi məlumata görə, hadisə zamanı əslən Azərbaycanın Kəlbəcər rayonundan olan İlqar adlı şəxs hadisə yerində keçinib, Ağsu rayon sakini Həmzə isə xəstəxanaya yerləşdirilib. Hadisədən sonra hüquq-mühafizə orqanları tərəfindən öncə 68 nəfər saxlanılsa da, onlardan 53 nəfəri buraxılıb, 15 nəfər nəzarətə götürülüb. Cinayət işi davam edir.