Krım faciəsinin dəhşətləri – 3 günlük matəm elan edildi

Baxış sayı:
6667

Dünən Krımdakı bir məktəbdə baş verən partlayış səsi və sonra baş verənlər dünyanı dəhşətə salıb. Şəxslər əvvəlcə hadisənin terror aktı olduğunu bildirsə də, keçən zaman gerçəkləri ortaya çıxarıb.
 
18 yaşlı Vladislav Roslyakov adlı tələbə əvvəl əl istehsalı bombanı partlatmış, sonra əlində pompalı tüfənglə önünə gələnə atəş açıb. Roslyakovun kütləvi qətllər törədən qatillərə xüsusi marağının olduğu ortaya çıxıb. Gəncin 1999-ci ildə “Columbine litseyi” qətliamını həyata keçirən Erik Harrisi təqlid etmək üçün hücumdan əvvəl ağ “şortik” geyindiyi və pompalı tüfəng istifadə etdiyi müəyyənləşdirilib.
Dəhşətli hadisədən sonra bölgədə 3 günlük matəm elan edilib. 3 günlük matəm bu gün başlayıb.
Rusiyanın səhiyyə naziri Veronika Skvortsova, Krımda baş verən hücum səbəbiylə 11-i uşaq olmaqla, 20 adamın həyatını itirdiyini açıqlayıb. Ölənlərin 15-nin 18 yaşından kiçik olduğunu və 5-nin də məktəb işçisi olduğunu bildirib.
Hücumdan sonra 44 nəfər təcili tibbi yardım maşınları ilə xəstəxanaya sövq edilib. Hücum nəticəsində ağır yaralanan 6 nəfərdən birinin vəziyyətinin yaxşıya getdiyi, beşinin vəziyyətinin kritik olduğu bildirilib.
Hadisəyə şahidlik edən bir insan, güclü bir partlayış səsi eşitdiyini, sonra atəş açıldığını, pəncərələrdən tullanaraq qaçdıqlarını və qaçarkən çox sayda uşağın cansız bədənini gördüyünü söyləyib.
Başqa bir şahid isə, partlayış səsi eşitdiyini, partlayış səbəbilə çox sayda adamın hadisə yerindən qaçmağa çalışdığını və bir nəfərin ona, "Burada qalsan səni öldürəcəklər" dediyini eşitdiyini söyləyib.
Hadisə ilə bağlı açıqlama verən Rusiya prezidenti Putin, baş verən partlayışın araşdırılması üçün göstəriş verdiyini deyib və hücum səbəbiylə həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verib.
Müxalifət.az