Kremlin sözçüsünə Guaidonun Rusiyaya yazdığı məktubu soruldu

Baxış sayı:
5824

Kremlin sözçüsü Dimitri Peskov paytaxt Moskvada jurnalistlərə etdiyi açıqlamada, Venesuelada baş verən son hadisələrlə bağlı dəyərləndirmə edib.
 
Rusiyanın Venesuelanın qızıl satışıyla əlaqədar hər hansı bir əlaqəsinin olmadığını ifadə edən Peskov, "Bu mövzuyla bağlı bir məlumatımız yoxdur. Ancaq Venesuela qızıl satmaq istəyirsə, bu onların suveren haqqıdır" deyə söyləyib.
 
"MƏKTUB GƏLSƏ CAVABLANDIRARIQ"
 
Özünü prezident elan edən Juan Guaidonun Rusiya və Çinə bir məktub göndərərək dəstək istədiyinə yönəlik şərhlərini qiymətləndirən Peskov, "Belə bir məktub almamışıq. Əgər belə bir məktub alsaq, dəyərləndirərik Ancaq Guaidonu dövlət başçısı olaraq tanımırıq. Rusiyanın Venezueladakı ortağı Nicolas Maduro və onun hökumətidir"deyib.
Rusiyanın Venesueladakı prosesləri siyasi gəlişmələrdən asılı olmayaraq bu ölkə ilə əlaqələrini davam etdirəcəyinə işarə edən Peskov, "Hər halda bu ölkədəki siyasi vəziyyətə dair hadisələrdən asılı olmayaraq kommersiya və iqtisadi əlaqələrimizin və qarşılıqlı iş birliyinin davam etməsinə ümid edirik" deyib.
Müxalifət.az