​Kremldən Merkelə cavab: Günahsızlığımızı...

Baxış sayı:
1972

Sergey Skripal və qızının zəhərlənməsi olayı ilə bağlı Rusiya günahsızlığını sübut etməməlidir. Əvəzində isə İngiltərə irəli sürdüyü ittihamlarla bağlı faktlar təqdim etməlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov Almaniya kansleri Angela Merkelin açıqlamasını şərh edərkən deyib.
Kreml nümayəndəsi əlavə edib ki, bu işdə məntiqli davranılması şərtdir.
Qeyd edək ki, Almaniya kansleri Angela Merkel çıxışında bildirmişdi ki, Rusiya bu işdə əlinin olmadığını iddia edirsə, o zaman günahsızlığını sübuta yetirməlidir.