​Kremldən Jirinovskiyə böyük jest – 14 MƏRTƏBƏLİ BİNA

Rusiya hökuməti Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovskinin İnstitutunun Kremldən üç kilometr uzaqlıqda yerləşən Elmlər Akademiyasına məxsus hündürmərtəbəli binaya köçürülməsinə hazırlaşır. Bununla da hakimiyyət Vladimir Jirinovskiyə uzun illərdir sadiqliyinə görə minnətdarlığını bildirmək istəyir.
Muxalifet.az xəbər verir ki, bu barədə BBC-nin Rusiya xidməti informasiya yayıb.
Rusiyanın Baş naziri Dmitri Medvedyev nazirliklərə, Rusiya Elmlər Akademiyasına və Elmi Tədqiqat Federal Agentliyinə Dünya Sivilizasiyalar İnstitutunun Lenin prospektində yerləşən 14 mərtəbəli binaya köçürülməsi ilə bağlı təkliflər hazırlamağı tapşırıb.
Elmlər Akademiyası və Elmi Tədqiqat Federal Agentliyi belə bir tapşırığın daxil olması xəbərini təsdiqləyib.