​Kremldən İrəvanla bağlı YENİ AÇIQLAMA: Ümid edirik...

Baxış sayı:
4639

Rusiya hesab edir ki, hazırkı siyasi situasiyanın necə nəticələnməsindən asılı olmayaraq, Ermənistanla müttəfiqlik münasibətləri dəyişməz qalacaq.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Əvvəlki kimi ümid edirik ki, Ermənistandakı bütün proseslər Konstitusiya və qanun çərçivəsində olacaq. Arzu edirik ki, erməni dostlarımız tezliklə siyasi situasiyanı həll etsinlər”, – deyə o bildirib.