Kremldən diqqət çəkən S-400 açıqlaması

Baxış sayı:
10555

Kremlin sözçüsü Dmitriy Peskov ABŞ-ın Türkiyənin S-400 havadan müdafiə sistemi alışına yönəlik yanaşmasının səhv olduğunu ifadə edərək "Ankaranın da ifadə etdiyi kimi, S-400 razılaşması bitmişdir, tamamlanmış bir razılaşmadır" deyib. Peskov paytaxt Moskvada jurnalistlərə etdiyi açıqlamada, ABŞ-ın Türkiyənin S-400 alışına yönəlik yanaşmasını tənqid edib. ABŞ-ın S-400-lərlə əlaqədar Türkiyəyə yönəlik rəftarının qəbuledilməz olduğunu ifadə edən Peskov, "Rusiya bu cür bir yanaşmaya son dərəcə mənfi baxır. Ankaranın da ifadə etdiyi kimi, S-400 razılaşması bitmiş, tamamlanmış bir razılaşmadır" deyə söyləyib. Qeyd edək ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bir müddət əvvəl etdiyi açıqlamada, "Rusiya ilə çox yaxşı əlaqələrimiz var, bu çərçivədə bu alış əməliyyatları davam edir. S-400 üçün Rusiyaya hərbi heyətimiz gedərək təhsil almağa başladı" deyə bildirmişdi. Müxalifət.az