Kremldən “ABŞ” açıqlaması

Baxış sayı:
6145

Kremlin sözçüsü Dmitri Peskov, Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşmasına yönəlmiş konkret bir gəlişmənin hələlik olmadığını deyib.
 
Peskov, jurnalistlərə ABŞ Konqresinin ara seçkilərinə də münasibət bildirib. Bu seçkilərin Rusiya-Amerika münasibətlərinə necə təsir edəcəyi məsələsinə aydınlıq gətirməyəcəyini bildirən Peskov, "Hələlik münasibətlərin normallaşmasına yönəlmiş konkret bir tendensiya müşahidə olunmur" deyib.
 
Seçkilərin nəticələrini Kreml də izləyəcək
 
ABŞ-da Konqresə ara seçkilərində Rusiyanın müdaxilə edəcəyi ittihamını şərh etməyən Peskov, seçki ilə əlaqədar göstəricilərin media üzərindən veriləcəyini, Kremlin də nəticələri təqib edəcəyini ifadə edib.
Qeyd edək ki, ABŞ-da bu gün keçiriləcək Konqresə ara seçkilərində, 435 yerlik Nümayəndələr Məclisinin hamısı, 100 yerlik Senatın isə 35-i üçün namizədlər yarışacaq.
Müxalifət.az