Kreml "Vaqner qrupu"nun törətdiyi EDAM-dan "ŞOKA DÜŞDÜ"

Baxış sayı:
793

Kreml, qeyri-rəsmi hərbi qruplaşma olan “Vaqner”in bir Suriyalı əsgəri vəhşicəsinə öldürdüyü iddia edilən bir video ilə tanış oldu.
Muxalifet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verdi.

"Bu, həqiqətən şok edici məlumatdır" Peskov dedi. Onun sözlərinə görə, Kreml bu videoya əsasən qətli törədən insanların müəyyən edilməsi cəhdlərinin nə qədər əsaslandırılmış olduğunu bilmir.
Rusiya liderinin nümayəndəsi əlavə etdi ki, Kremlin yayımlanan video barədə heç bir məlumatı yoxdur, həmçinin videoda yaxalanan şəxslərlə əlaqəsi yoxdur. Rusiyanın istintaq orqanları "zəruri hesab etsələr" bu məsələ ilə bağlı istintaq apara bilərlər.

P.S. Maraqlıdır ki, Rusiyalı jurnalist Orxan Camal 31 iyul 2018-ci ildə Mərkəzi Afrika Respublikasında qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkərkən operator Kirill Radçenko və rejissor Aleksandr Ratorquyevlə birlikdə qətlə yetirildi. Yəqin ki, bu qrupun dövlət səviyəsində hansı əlaqələrə malik olmasının üzə çıxardılmasının qarşısını almaq istədilər.

Noyabrın 20-də “Novaya Gazeta” Sankt-Peterburqlu iş adamı Yevgeni Prigojin ilə əlaqələndirilən Vaqner qrupunun Suriya prezidentinin ordusundan qaçan adamı cəzalanması ilə bağlı məlumat vermişdi.  
 "2019-cu il 23-24 oktyabrda Soçidə “Afrika zirvəsi” tədbirinin təşkili və keçirilməsində əhəmiyyətli təşkilati dəstəyi “Roscongress Fondu - 2015-ci ilə qədər Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu fondu adlandırılan bu qurum vermişdi. Lakin tədbirin siyasi hissəsinə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakovdan başqa, bədnam iş adamı ("Putinin aşpazı") Yevgeni Prigojin cavabdeh idi" (sitat Levıy Bereq, Aleksandr Mişin).

Muzdluların Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, Zimbabve və Mərkəzi Afrika Respublikasında bir sıra Afrika ölkələrində təhlükəsizlik xidmətləri təmin etdiyi güman edilir. Bəzi məlumatlara görə, onlar Ukraynanın Donbass bölgəsində, Suriyada döyüşlərdə iştirak ediblər və prezident Ömər əl-Bəşirə dəstək vermək üçün Sudana getmişlər. 
Muxalifet.az