Kreml təsdiqlədi: Ərdoğan, Putin və Ruhani...
16-11-2017 19:23

Kreml sözçüsü Dmitri Peskov 22 noyabr tarixində Türkiyə, Rusiya və İran liderlərinin iştirakı ilə Soçidə Suriya böhranının həlli istiqaməti ilə bağlı sammit keçiriləcəyini təsdiqləyib.
Muxalifet.az xəbər verir ki, Peskov jurnalistlərə açıqlamasında Ərdoğan, Putin və Ruhaninin Suriyada elan edilən atəşkəs bölgələri ilə bağlı fikir mübadiləsi aparacağını bildirib.
Qeyd edək ki, bundan öncə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın da liderlərin görüşəcəyini təsdiqləmişdi.