​"Kreml SSRİ-nin ikinci versiyasını yaratmaq istəyir" - Ukrayna prezidenti

Baxış sayı:
16630

Rusiya Ukrayna dövlətçiliyini məhv etməyə cəhd edir.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Donald Tuskla görüşü zamanı Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.
“Kremlin məqsədi Ukrayna dövlətçiliyinin məhvidir. Onlar SSRİ-nin ikinci versiyasını yaratmaq istəyirlər. Yalnız AB və Ukraynanın həmrəyliyi bu kədərli zamana yenidən dönməyə imkan verməyəcək”, – deyə o bildirib.