Kreml Putinlə Ərdoğan arasındakı telefon söhbətinin təfərrüatlarını açıqladı - YENİLƏNİB

Baxış sayı:
1922

Kremlin mətbuat xidməti Rusiya və Türkiyə prezidentləri - Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığının təfərrüatlarını açıqlayıb.

Virtualaz.org RT telekanalına istinadən bildirir ki, Vladimir Putin ekstremist qruapların davam edən təcavüzkar hərəkətlərindən ciddi narahatlığını bildirib. Suriya Ərəb Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət edilməsinin zəruriliyi vurğulanıb.

Qeyd olunub ki, tərəflər İdlibdə gərginliyin azaldılmasına yönəlmiş ikitərəfli məsləhətləşmələrin intensivləşdirilməsi barədə razılığa gəliblər: "Hərbi qurumlar arasında təmasların intensiv rejimdə davam edəcəyi təsdiqlənib".

Prezidentlər Liviya nizamlanmasına da toxunaraq, 19 yanvar Berlin Beynəlxalq Konfransı qərarlarının yerinə yetirilməsinin vacibliyini qeyd ediblər.

***
Ərdoğan və Putin İdlibi müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin və Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.  
Muxalifet.az
 bu barədə "Hurriyet"ə istinadla bildirir..
Liderlərin İdlibdəki son vəziyyəti müzakirə etdiyi bildirilir. Ərdoğan müakirədə, Əsəd rejiminin İdlibdə təmkinli olmasının və humanitar böhranın durdurulmasının şərt olduğunu vurguladı.
O, həmçinin İdlibdə çözümün Soçi Razılaşmasının tam olaraq tətbiq olunmasından keçdiyini bildirdi.
Muxalifet.az