​Kreml Əliyev-Putin-Ruhani görüşündə hansı məsələlərin müzakirə olunacağını açıqladı

Sabah Tehranda prezidentlər Putin və Ruhaninin başçılıq etdiyi geniş tərkibdə Rusiya-İran danışıqları baş tutacaq.
Avropa.info xəbər verir ki, görüş haqda Kremlin mətbuat katibi Dmitri Peskov danışıb. Tehranda Putinin İran rəhbərliyi həmçinin İran, Rusiya və Azərbaycan prezidentləri ilə üçtərəfli görüş keçirəcəklər.
“Hər şeydən əvvəl iqtisadi əlaqələr məsələsi müzakirə olunacaq, Rusiya-İran-Azərbaycan üçbucağının ticarət dövriyyəsində kifayət qədər yaxşı artım var. Dinamika müsbətdir. İranlılarla ticarət dövriyyəmiz keçən il 70%, azərbaycanlılarla 8 ay içərisində 62% artıb. Bu üzdən dinamika yaxşıdır. Fərqli infrastruktur layihələri gündəmdə olacaq” – Peskov belə deyib.
Kremlin mətbuat katibi danışıqlarda Suriya mövzusunu xüsusi şəkildə ayırıb.
“Suriya problemi sabah danışıqların gündəmində olacaq. İlk növbədə Rusiya-İran ikitərəfli formatında danışıqlar gedəcək”.
Səfər çərçivəsində Putinin Tehranda İranın ali dini rəhbəri ayətullah Əli Xamenei ilə də görüşü gözlənilir.