​Kreml Britaniyada 14 rusiyalını aradan götürüb – KUPER

Baxış sayı:
1681

Britaniya polisi ölkə ərazisində 14 rusiyalının müəmmalı qətlini yenidən araşdırmalıdır.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu barədə bəyanatı Britaniya parlamentinin Daxili İşlər üzrə Xüsusi Komitəsinin rəhbəri İvet Kuper yayıb. Kuper xüsusilə Federal Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı Aleksandr Litvinenko, biznesmen Aleksandr Perepeliçno və Boris Berezovskinin qətlinin araşdırılmasını tələb edib:
 “Bu qətllər Britaniya polisində heç bir şübhə yaratmayıb, amma ABŞ kəşfiyyatı buna Rusiya xüsusi xidmət orqanları və mafiyanın təsirinin olduğunu iddia edib. Bu qətllərin yenidən araşdırılması məntiqli addım olacaq”.
Qeyd edək ki, Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya zəhərlənib. Britaniya hüquq-mühafizə orqanları bu sui-qəsdi Rusiyanın törətdiyini ehtimal edir.