​Kreml açıqladı: Ərdoğan Putinlə Qarabağı...

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə baş tutacaq görüşündə terrorla mübarizə və Suriyadakı vəziyyət əsas müzakirə mövzuları olacaq.
Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb. Görüşdə həmçinin ikitərəfli çoxsaylı məsələlərin müzakirəsi, xüsusilə də ticarət və iqtisadi əlaqələrin gücləndirilməsi perspektivləri və energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Rəsmi açıqlamada Türkiyə və Rusiya liderlərinin Qarabağı müzakirə edəcəyi ilə bağlı informasiya yoxdur.
Qeyd edək ki, Ərdoğan Soçiyə noyabrın 13-də gedəcək./axar/