Kredit götürənlərə şad xəbər

Baş bankir: "Biz bu prosesi çox ciddi diqqət mərkəzində saxlayacağıq"

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov banklara kreditlərin vaxtını uzatmağı və faiz dərəcələrini aşağı salmağı təklif edib.

Verilən məlumata görə, E.Rüstəmov Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin hesabatının müzakirəsi zaman deyib:

“Bir daha bu tribunadan istifadə edib banklara müraciət edirəm ki, bu prosesi həyata keçirsinlər. Biz bu prosesi çox ciddi diqqət mərkəzində saxlayacağıq”.

O, əlavə edib ki, banklara bir sıra yardımlar göstərilir, onlara manat vəsaitləri verilir.

Mərkəzi Bankın sədri ölkədə fəaliyyət göstərən banklara valyuta ehtiyatlarını restrukturizasiya etməyi tövsiyə edib.