Kreditə görə məhkəməyə verilənlərə şad xəbər - Video

Baxış sayı:
8431

Problemli kreditlərin həlli ilə bağlı imzalanan fərman Azərbaycanda məhkəmələrdən 311 min işin geri qayıtmasına səbəb olacaq.
Muxalifet.az xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Ziyad Səmədzadə Xəzər Xəbər-ə bildirib. Millət vəkili bu fərmanla dövlətin bütün yükü üzərin götürdüyünü bildirib və banklarıdaha ədalətli və məsuliyyətli olmağa çağırıb.
''Problemli kreditlərin həlli ilə bağlı sənədin maliyyə tutumu 1,6 milyard manatdır ki, bu da Azərbaycanın 90 cı illərin əvvəlindəki büdcəsindən çoxdur''. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ''Xəzər Xəbər'' ə bildirib. Millət vəkilinin sözlərinə görə bu sənədlə vətəndaşların banklardan və məhkəmələrdən aslılığı aradan qalxacaq.
Millət vəkili bildirib ki, verilən kreditlərin 92 %-lik hissəsi 10 min dollardan aşağıdır. Bu sənədlə vətəndaşların kreditə görə banklara olan 700 milyon manatlıq borcu dövlət tərəfindən ödəniləcək və üstəlik banklara çox kiçik faizlə böyük həcmdə kredit veriləcək. Yəni banklar da məsuliyyətli və ədalətli olmalıdır.
Ziyad Səmədzadə onu da bildirib ki, hazırda dünyanın heç bir dövlətində problemli kreditlərə görə belə əhatəli sənəd imzalanmayıb və bu sosial əhəmiyyətli addım Azərbaycanın sosial yönümlü siyasət yeritdiyinin bariz nümunəsidir.