"Krallıq Breksitə hazır olmalıdır" - NAZİR

Birləşmiş Krallıq heç bir razılıq əldə etmədən Avropa İttifaqından ayrılmağa (“Hard Brexit”) hazır olmalıdır.
 
Muxalifet.az xəbər verir ki, bu fikirləri Britaniya maliyyə naziri Filip Hamond parlamentdə Breksit ilə bağlı müzakirələrdə səsləndirib. Onun sözlərinə görə, indiyə qədər Breksit barədə Aİ ilə heç bir razılığa gəlmək mümkün olmayıb.
“Biz o zaman rahat davrana bilərik ki, əlimizdə hər iki tərəfə sərf edən anlaşma üçün fakt olsun. Bu fakt əldə olunana qədər xüsusilə ölkə büdcəsinə diqqət edilməli və xərclər “Hard Brexit” yönümlü olmalıdır”, - deyə nazir vurğulayıb.