​Kralın kürəkəni bu həbsxanada cəza çəkəcək

Baxış sayı:
1306

İspaniya şahzadəsi Kristinanın həyat yoldaşı İnyaki Urdaqarin iyunun 18-də səhər saatlarında həbs müddətini çəkmək üçün yaşadığı Cenevrədən Avila şəhərinə gəlib.
Muxalifet.az xəbər verir ki, ötən çərşənbə günü Palma məhkəməsi Urdaqarinə həbsxana seçməsi üçün 82 variant və 5 gün müddət vermişdi. Kralın kürəkəni beş il on aylıq cəzasını çəkmək üçün Avila həbsxanasını seçib.
İnyaki Urdaqarinin seçdiyi həbsxana əsasən qadınlar üçündür, kişilər üçün isə çox kiçik bir hissəsi var. Hazırda bu hissədə cəza çəkən yoxdur. Bu da o deməkdir ki, kral Filipin bacısının korrupsiyada günahlandırılan həyat yoldaşı cəzasını binada tək olaraq çəkəcək. Demək olar ki, daim boş olan həbsxananın həmin hissəsinin xırda təmirə ehtiyacı var.
Həbsxanaya girən İnyaki Urdaqarin adi məhbuslar kimi eyni prosedurlardan keçəcək.