​Kraliçaya sui-qəsd edən gənc türmədə necə öldü? – 37 ilin SİRRİ

Baxış sayı:
3541

1981-ci ildə Britaniya kraliçası II Yelizaveta Yeni Zellandiyaya səfəri zamanı sui-qəsdə məruz qalıb.
Bu barədə informasiya Yeni Zellandiyanın Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin məxfilik qrifi ləğv edilmiş sənədlərində yer alıb. İctimaiyyətə təqdim edilən sənəddə II Yelizavetaya sui-qəsdin yeniyetmə tərəfindən təşkil edildiyi bildirilib. Ona sui-qəsd təşkil edən şəxsin 17 yaşlı Kristofer Con Luis olduğu açıqlanıb.
Luisin 1995-ci ilə qədər polis tərəfindən izlənildiyi vurğulanıb. 1997-ci ildə o yenidən qadın öldürərək, onun övladını girov götürmək ittihamı ilə 4 il həbs edilib və həbsdə intihar edərək özünü öldürüb./axar/