Kralı yenidən dəfn etdilər - FOTO

Kralın skleti 2012-ci ilin avqust ayında arxeoloji qazıntı zamanı aşkarlanıb

İngiltərənin kralı III Riçard 530 ildən sonra yenidən dəfn olunub. Belə ki, 2012-ci ildə sümükləri avtomobil dayanacağının altında tapılan kral Lester şəhərində təşkil olunan mərasimlə torpağa tapşırılıb. İngiltərənin XV əsrdə kralı olmuş III Riçard üçün Lester katedralında mərasim təşkil olunub. Yerlilərin də iştirak etdiyi mərasiçdə kralın qohumu hesab olunan məşhur ingilis aktyor Benedikt Kamberbetç “Riçard” adlı şeir oxuyub.

Kral III Riçard 1485-ci ildə orta əsrlərin sonu hesab edilən Bosuort müharibəsində dünyasını dəyişib.

Kralın skleti 2012-ci ilin avqust ayında Lester şəhərindəki dayanacaqlardan birinin altında aparılan arxeoloji qazıntı zamanı aşkarlanıb. Lester universiteti ötən il skletin III Rimarda aid olması barədə dəlillərə sahib olduğunu açıqlamışdı.

32 yaşında dünyasını dəyişən III Riçard cəmi 2 il kral olub.

Qeyd edək ki, Lester katedralında III Riçardla 3 gün vida mərasimi olub. Kralın dəfnində 700 nəfər iştirak etsə də 3 gün ərzində onun tabutunu 20 mindən çox insan ziyarğt edib.