Kral, uğrunda taxtından imtina etdiyi rus gözəlindən boşandı

Baxış sayı:
11950

Malayziyanın ali hökmdarı, 49 yaşlı kral 5-ci Məhəmməd, uğrunda taxtından imtina etdiyi 27 yaşlı, 2015-ci ildə rus gözəli seçilmiş Oksana Voyevodinadan boşanıb. Qeyd edək ki, cütlük ötən ilin noyabrında Moskvada toy edərək, evlənmişdi.
Rus gözəli bu evlilikdən sonra müsəlmanlığı qəbul etmiş, kral isə öz taxtından imtina etmişdi.
Qeyd edək ki, 5-ci Məhəmməd Malayziya tarixində taxtından imtina edən ilk kraldır.
İki ay öncə isə cütlüyün oğlu dünyaya gəlib.
Evləndikdən sonra dəbdəbəli kral saraylarında yaşayan Oksana evliliyi barədə “İnstagram” səhifəsində məlumat paylaşıb. 
Malayziya mətbuatında yayılan məlumata görə, boşanma prosesi şəriət qanunları əsasında 22 iyunda baş tutub. Boşanmadan sonra Oksana öz qızlıq, Qorbatenko soyadını alıb.
Oksana bu evliliyin necə baş tutması barədə sosial şəbəkədə qeyd edib:
“Onunla 2017-ci ildə Avropada tanış olduq. Onunla qızıl alveri ilə məşğul olan dostum Cakob Arabonun vasitəsi ilə tanış oldum. Bir qədər sonra məni axşam yeməyinə dəvət etdi və Malayziya kralı olduğunu bildirdi. Mən isə “Mən də Rusiya kraliçasıyam” deyə zarafat etdim. Əvvəl onun zarafat etdiyini sanmışdım. Lakin bir neçə gün sonra xəbərlərdən onun barəsində məlumat öyrəndim”.
Oksananın dediyinə görə, bir qədər sonra hər gün uzun-uzadı telefonla danışıblar. Daha sonra Oksana anası ilə birgə Malayziyaya dəvət edilib. Burada çox gözəl, keyfli günlər keçirən Oksana kral ilə gözəl romantik gecə yaşadığını, ilk gündəcə ona aşiq olduğunu bildirib. Oksana son cümlələrini bu cür bitirib:
“Əsl aşiq ailəsi üçün daim məsuliyyətli olar, və bu bütün məsuliyyəti həyat yoldaşının üzərinə qoymaz. Hamiləlik dövründə həyat yoldaşına daha çox dəyər verər, hədiyyələr alar, maraqlanar. Münasibətlər insanların bir-birini necə dəstəklədiyini, anladığını göstərər. Ailə iki insanın bir-birinə duyduğu qarşılıqsız məhəbbətdir”.
Malayziya mətbuatının yazdığına görə, boşanmaya səbəb Rusiya gözəlinin bundan əvvəl bir televiziya proqramına qatıldığı zaman, oradakı bir iştirakçı ilə cinsi əlaqədə olması ilə bağlı yayılan fotoların yenidən gündəmə gəlməsi olub./musavat